EN

Hans Diter Flik: Yamalın vəziyyəti sabah məlum olacaq

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın zədələnməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis "Selta" ilə matçda (1:0) zədələnən 18 yaşlı futbolçunun vəziyyətini dəyərləndirib. Alman mütəxəssis futbolçunun vəziyyətinə yaxın saatlarda aydınlıq gələcəyini bildirib:"Sabahı (bu günü) gözləyəcəyik. Tibbi müayinədən sonra dəqiq diaqnoz məlum olacaq və vəziyyətə baxacağıq".Baş məşqçi Yamalın komandadakı rolunu yüksək qiymətləndirib və onun yoxluğunun ciddi itki olduğunu vurğulayıb:"Lamin bizim üçün çox vacib oyunçudur. Onun meydanda olması oyun planımıza birbaşa təsir edir".Qeyd edək ki, Lamin Yamal qarşılaşmanın birinci hissəsinin sonlarında zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
127
50
sport24.az

10Sources