EN

ADSEA Kür çayının daşması ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayınınZərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərininərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçəevi və əkin sahələrini su basdığı barədə açıqlama yayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozməlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları)su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağıgözlənilir.

“Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarındaehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir suanbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmindəsu buraxılışı həyata keçirilir.Buraxılan suyun maneəsiz vətəhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan DövlətSu Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən RegionalSu Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlərgörülür.

Eyni zamanda bildiririk ki, Zərdab rayonunun qeyd olunankəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizəzonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələriniəhatə etmişdir. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsindəKür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digərçaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda birsıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidəolunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələritərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarətaltındadır”, - qurumdan əlavə olunub.

Chosen
110
30
az.trend.az

10Sources