EN

Vergi orqanlarına müraciətlər 14%-ə yaxın azalıb

Bakı. Trend:

Bu ilin 1-ci rübü ərzində vergi orqanlarına 108.117 müraciətdaxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8faiz azdır.

Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir ki, müraciətlərdən 94,1 faizi ərizə, 5,8 faizi şikayət,0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 88,6 faizinin baxılması hesabatdövründə başa çatdırılıb, 11,4 faizi isə hazırda icradadır.Baxılması başa çatdırılmış müraciətlərin 61,8 faizi həll olunub,36,6 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlıqanunvericiliyə uyğun tədbirlər görülüb.

Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1.142-si həlledilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesabvərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisininqeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyəsanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu vədigər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiqvəzifəli şəxslər tərəfindən ümumilikdə 113, o cümlədən şəhid ailəsivə müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib.Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşlarınqanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Məqalədə:
Chosen
64
14
az.trend.az

10Sources