
Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər.Ulusum.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.Dövlətimizin başçısı qeyd edib ki, dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır.“Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müəllif
İlhamə Vəliqızı
Diqqət Çəkənlər
Gəncədə Çin avtomobillər istehsal olunacaq
“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub
Suriyadan daha 5 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib