EN

Bu ölkənin Avropada ən böyük ordu yaratmasına Kremldən reaksiya: Bir çoxları üşüyür

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Almaniyanın yeni hərbi strategiyası ilə bağlı şərh verib.

Publika.az “Vesti”yə istinadla xəbər verir ki, strategiyada Rusiya "əsas təhlükə" kimi təqdim olunub.

"Əsas məsələ odur ki, tarixdə bir neçə dəfə getdiyimiz yerə getməyəsiniz. Düşünürəm ki, avropalılar bu sətirləri görəndə və bu cür planlar haqqında oxuyanda bir çoxları üşüyür", - Peskov bildirib.

22 apreldə Almaniya Müdafiə Nazirliyi silahlı qüvvələrin 2039-cu ilə qədər inkişafı üçün "Avropa üçün məsuliyyət" adlı strategiya dərc edib.

Chosen
96
publika.az

1Sources