EN

Ulu öndərin müəyyən etdiyi strateji xətt bu gün də öz aktuallığını saxlayır Komitə sədri

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Onilliklərin keçməsinə baxmayaraq biz dövlət siyasətinin bütün istiqamətləri üzrə ,  istər dövlət quruculuğunda, istərsə də sosial-iqtisadi məsələlərdə ulu öndərin irsinə istinad edirik.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarklıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zaman deyib. 

O qeyd edib ki, bunun çox sadə bir səbəbi və izahı var: “Bu irs bizə ən düzgün istiqaməti və oriyentiri verir. Xüsusilə də qeyri-müəyyənliklər və yeni çağırışlar dövründə bir çox suallara cavab tapmağa imkan yaradır. 

Ulu öndərin eyni zamanda regional inkişaf məsələləri ilə bağlı irsi, müəyyən etdiyi strateji xətt bu günə kimi öz aktuallığını saxlayır”. 

Komitə sədri bildirib ki, Heydər Əliyevin dövlət və iqtisadi quruculuq sahəsində misilsiz xidmətləri var: “Ulu öndər regional inkişaf məsələlərinə xüsusi diqqət yetirirdi. Məhsuldar qüvvələrin yerləşdirilməsi bu siyasətin əsasını təşkil edirdi. Regional inkişaf formal plan tapşırıqlarına əsaslanmırdı, rayonların inkişafına rifah məsələsi kimi baxılırdı”.

Prezident İlham Əliyevin regionların inkişafı üzrə təşəbbüsləri haqda danışan komitə sədri bildirib ki, Prezident İlham Əliyev Prezident kimi fəaliyyətə başladıqdan sonra regionların inkişafı dövlət siyasətinin mərkəzində dayandı: “18 noyabr 2003-cü il tarixli çıxışdan bunu aydın görmək mümkündür: Prezident: “Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün regional proqramlar həyata keçirilməlidir. Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşıbdır. Bu onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Əlbəttə, bunun da obyektiv səbəbləri vardır. Amma bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir. Hazırda Azərbaycanın regional inkişafına dair çox geniş Fərman hazırlanır. Əminəm ki, bu Fərman imzalanandan sonra bu istiqamətdə də müsbət nəticələri görəcəyik. 

Artıq 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafı üzrə 2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramı qəbul edildi. 2004-cü ildən regionların inkişafı daim diqqət mərkəzində saxlanılır”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
1
olke.az

2Sources