EN

Britaniya şirkəti Azərbaycanda qızıl yatağında flotasiya qurğusunu modernləşdirir

Britaniyanın Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşmış "Anglo Asian Mining" (AAM) şirkəti "Gədəbəy" yatağındakı flotasiya qurğusunun modernləşdirilməsinə 1,8 milyon ABŞ dolları yatırıb.

"Far.Az" xəbər verir ki, bu barədə AAM-ın məlumatında deyilir.

"Gədəbəy" yatağında flotasiya qurğusunun modernləşdirilməsi aprel ayının sonuna qədər başa çatmalıdır. Obyektdə quraşdırılan 9 ədəd yeni "Imhoflot" pnevmatik flotasiya kamerası ənənəvi flotasiya ilə müqayisədə filizdən qızıl və misin çıxarılma səviyyəsini artıracaq", - məlumatda deyilir.

Bu, şirkətin "Gilar" yatağından yüksək keyfiyyətli filiz emalı imkanlarını artıracaq və "Gədəbəy"dəki flotasiya qurğusunun universallığını yüksəldəcək.

"Görülən işlərin ümumi dəyəri təxminən 1,8 milyon ABŞ dolları təşkil edir və uzunmüddətli perspektivdə şirkətin marjinallığını və rentabelliyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq", - məlumatda qeyd olunur.

Bundan başqa, "Gədəbəy" və "Dəmirli" yataqlarında zənginləşdirmə qurğularının modernləşdirilməsi çərçivəsində "Gədəbəy"in ümumi istehsal gücü artırılıb. Xüsusilə dəyirmanın məhsuldarlığını artırmaq üçün "Energy Efficient Pulp Lifter" sistemi, sənaye şrederi (xırdalayıcı – red.) quraşdırılıb və lisenziyalı texniki xidmət üzrə yeni proqram tətbiq edilib.

"Gədəbəy" yatağının tullantı anbarlarında da əlavə işlər planlaşdırılıb, optik lifli sensorlar əsasında tullantı anbarı bəndinin monitorinq sisteminin quraşdırılması nəzərdə tutulub.

"Dəmirli" yatağında "SAG" tipli və kürəli dəyirmanlar istismara verilib. Həmçinin qiymətli komponentlərin çıxarılması üzrə yeni metod sınaqdan keçirilir və əldə edilən nəticələr ümidvericidir: misin çıxarılma səviyyəsi 78 %-ə çatır", - AAM qeyd edir.

Chosen
41
far.az

1Sources