EN

Sevgilimi kafeyə işə düzəltmişdim, kişilərlə içki içməyə başladı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Masallı rayonunda 36 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 16-da Masallı şəhəri, Bakı prospektində baş verib. 1990-cı il təvəllüdlü İntiqam həmin gün, gecə saat 2 radələrində şəhərin Bakı prospektində piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağında sevgi münasibətində olduğu Zəhra (adlar şərtidir – red.) ilə piyada hərəkətdə olan zaman aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu döyüb, müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən İntiqamın sözlərinə görə, Zəhranı 2018-ci ildən tanıyır və həmin vaxtdan aralarında sevgi münasibətləri var:“Zəhra Masallı rayonunun kəndində yerləşən kafeyə işə düzəltmişdim. O, işdən gecə saatlarında çıxdığı üçün hər axşam gedib onu evinə aparmışam. Ötən ilin sentyabrın 15-də, saat 23 radələrində həmin kafeyə getdim. Kafe sahibi Zəhranın müştərilərə qulluq etmədiyini, müştərilərlə əyləşib spirtli içki qəbul etdiyini bildirdiyindən bununla bağlı kafenin mətbəxində ona irad bildirdim. Zəhra həmin vaxt sərxoş olduğu üçün aramızda sözlə mübahisə yarandı”. Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 16-da, gecə saat 2 radələrində Zəhra ilə kafedən çıxıb və yol kənarı ilə piyada gediblər:“Bu zaman Zəhra dəfələrlə məni və ailə üzvlərimi təhqir etdiyi üçün özümü saxlaya bilmədim, sağ əlim ilə onun üzünün sol tərəfinə şillə ilə vurdum. Onu itələyərək yerə yıxdım. Zərbədən Zəhranın başı asfalt örtüyünə dəydi və əzilərək qanadı. Mən paltarımı çıxararaq Zəhranın başının qanını sildim və əlimdə olan su ilə əl-üzünü, başının qanını yudum. Daha sonra onu yaşadığı evə apardım. Sonra qızı da Zəhranı Masallı rayon Mərkəzi xəstəxanasına apardı”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanı ödədiyini nəzərə alınmasını istəyib. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
83
demokrat.az

1Sources