EN

İran ərəb ölkələrini ittiham edib: “ABŞ a kömək edirlər”

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran BƏƏ-ni təcavüzdə birbaşa iştirakda ittiham edib

 “ABŞ İslam Respublikasına qarşı qanunsuz hərbi hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının ərazi və hava məkanından istifadə etməyə davam edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktublarda bildirib.

Məktublardan birində deyilir: "İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən aparılan davamlı monitorinq və qiymətləndirmələrə əsasən, təcavüzkarın, yəni ABŞ-ın İran İslam Respublikasına qarşı qanunsuz hərbi hücumlar planlaşdırmaq, hazırlamaq, təchiz etmək və həyata keçirmək üçün Bəhreyn Krallığının ərazisindən və hava məkanından istifadə etməyə davam etdiyi müəyyən edilib".

Oxşar ittihamlar Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və BƏƏ-yə ünvanlanan digər dörd məktubda da irəli sürülüb.

Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı məktubda İran həmçinin BƏƏ-ni təcavüzdə birbaşa iştirakda ittiham edib. İddia olunur ki, BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus “Mirage” qırıcı təyyarəsi, “Akıncı” pilotsuz təyyarəsi və F-16 qırıcı təyyarəsi İranın hava məkanını pozaraq Hörmüz boğazındakı və Qeşm, Əbu Musa, Böyük və Kiçik Tunb adaları da daxil olmaqla adalardakı hədəflərə zərbələr endirib. İran bütün bu dövlətləri mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İslam Respublikasına qarşı bundan sonra istifadəsinin qarşısını almağa çağırıb və bu pozuntuların nəticələrinə görə onların tam məsuliyyət daşıdığını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
50
ayna.az

10Sources