EN

"Bayern"in ulduzu təsdiqlədi: DÇ-2026-nı buraxacaq

“Bayern”in vingeri Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını təsdiqləyib.

Publika.az xəbər verir ki, o, ciddi zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək.

Ötən şənbə klubunun açıqlamasında cinah oyunçusunun məşq zamanı sağ budunun daxili əzələsindən (adduktor) yırtıq xəsarəti aldığı bildirilib. İlkin məlumatlar da 30 yaşlı futbolçunun mundialı qaçıra biləcəyini göstərirdi.

Qnabri indi isə ən pis ehtimalları təsdiqləyib və dünya çempionatı xəyalının sona çatdığını açıqlayıb. O, “İnstaqram” paylaşımında yazıb:

“Son günləri qəbul etmək çox çətin oldu. “Bayern”də Bundesliqa titulunu qazandıqdan sonra bu mövsüm hələ qarşıda çox şey var.

Chosen
81
publika.az

1Sources