EN

Ağcabədidə Kür çayı bəndinin yarılması ilə bağlı vəziyyət nə yerdədir?

Ağcabədi. Trend:

Xəbər verildiyi kimi, Kür çayında suyunsəviyyəsinin artması nəticəsində Ağcabədi rayonunda Qarqar çayınınmühafizə bəndinin bir hissəsi yarılıb. Kür-Araz çaylarındabəndlərin istismarı idarəsi vəziyyətin nəzarət altında olduğunubildirir.

Məsələ ilə bağlı Trend-ə Kür-Araz çaylarında bəndlərin istismarıidarəsinin rəisi Elman Nuriyev bildirib ki, hadisə Ağcabədirayonunun Nəcəfqulubəyli kəndi ərazisində qeydə alınıb.

Onun sözlərinə görə, son günlər Kür çayında suyun səviyyəsininyüksəlməsi axının istiqamətini dəyişərək Qarqar çayına yönəldib.Nəticədə Qarqar çayının mühafizə bəndinin aşağı hissəsində sızmayaranıb və təxminən 700 metr məsafədə bənd yarılıb.

E. Nuriyev qeyd edib ki, hazırda axan sular yaşayış məntəqələriüçün təhlükə yaratmır: “Ərazi əsasən örüş sahələrindən ibarətdir,burada əkin sahələri mövcud deyil. Buna baxmayaraq, bütünqabaqlayıcı tədbirlər görülür”.

Rəis əlavə edib ki, hadisə yerinə daş, beton və torpaqmaterialları, həmçinin xüsusi texnika cəlb olunub: “İnanırıq ki,günün sonuna qədər Kür və Qarqar çayları arasındakı axınıdayandıracağıq və vəziyyət tam nəzarət altına alınacaq”.

Məqalədə:
Chosen
49
1
az.trend.az

2Sources