EN

"Baharın rəngləri"

Xətai Sənət Mərkəzində Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et! şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında “Baharın rəngləri” adlı yaradıcılıq sərgiləri təşkil olunub.

Sərgilerin keçirildiyi müddətdə, esəri sərgilənən iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin, seçilən 19 əsərin müəllifinə muxtelif hədiyyələr verilib. Onların əsərləri Xətai  Uşaq Sənəti Qalereyasında sərgilənmək və hansısa mədəni tədbirdə istifadə olunmaq üçün qalereyanın kolleksiyasına daxil edilib.

Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai  Uşaq Sənəti Qalereyası  və Xətai Sənət Mərkəzidir .

Tədbirin dəstəkçiləri isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir.

Qeyd edək ki, sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuşdur və 600-ə yaxın əsər sərgilənmək üçün seçilmişdir. Sərginin yay və payız tədbirlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

XQ

Chosen
26
2
xalqqazeti.az

3Sources