EN

ABŞ-də meşə yanğını - 54 ev yararsız hala gəlib

ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi külə dönüb.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, ştatın cənub-şərq hissəsindəki Brantley dairəsindəki 82-ci magistral yolda başlayan yanğın sürətlə yayılıb.

İndiyə qədər təxminən 54 ev yararsız hala düşüb, təxminən 1000 evin isə yanğın təhlükəsi altında olduğu bildirilir. Ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur.

Corciya qubernatoru Brayan Kemp ştatın bütün 91 dairəsində fövqəladə vəziyyət elan edib. Alovların söndürülməsi üçün səylər davam edir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
73
missiya.az

1Sources