EN

Bakı Metropoliteni məlumat yaydı

Bakı Metropoliteni qatarların hərəkətinin tam bərpa edildiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, qurumun yaydığı məlumata görə, hazırda metropolitendə sistem tam gücü ilə fəaliyyət göstərir və bütün xətlər üzrə hərəkət stabil şəkildə təşkil olunub.

Bildirilib ki, qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir.

Eyni zamanda qeyd edilib ki, texniki sistemlər üzərində nəzarət gücləndirilib və monitorinq fasiləsiz davam etdirilir.

Qurum vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı hər zaman prioritet olaraq qalır.

Qeyd edək ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Buna görə də interval şənbə günü ilə eyniləşdirilmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
42
yenisabah.az

1Sources