EN

"Tramp ölkəsini Yaxın Şərqdə müharibə bataqlığına salıb" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında danışıqların ikinci raunduna dair yaxşı xəbər aprelin 24-dək gələ bilər.

Bəs tərəflər arasıdna danışıqların bərpası mümkündürmü?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda Trampın verdiyi açıqlamalar olduqca ziddiyyətlidir.

Həmsöhbətimizin sözlərinə görə, ABŞ liderinin açıqlamaları çox zaman özünü doğrultmur:

"Tramp atəşkəs müddəti bitməmişdən əvvəl tezliklə sülh müqaviləsi ilə bağlı razılaşmanın əldə oluna biləcəyini bəyan etmişdi. Amma məlum oldu ki, razılaşma hələlik mümkün deyil. Bu isə o deməkdir ki, ya Tramp vəziyyəti düzgün qiymətləndirməkdə çətinlik çəkir, ya da ona yanlış məlumat verilir".

Elçin

Siyasi şərhçi vurğuladı ki, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına müraciət edərək İran ərazisini təcili tərk etməyi tələb edib:

"Bu isə Yaxın Şərqdə müharibənin yenidən başlaya biləcəyi ehtimalını artırır. Trampın ümidverici bəyanatları indiki şəraitdə əsaslı görünmür. Tramp nə qədər müsbət nəticə olacağı ilə bağlı bəyanatlar versə də, hələlik müharibənin bərpası ehtimalı daha ön plandadır. Tramp faktiki olaraq ölkəsini Yaxın Şərqdə müharibə bataqlığına salıb və indi bu vəziyyətdən çıxış yolları axtarır, lakin görünən odur ki, çıxış yolu tapmaq əvəzinə bataqlığa daha da dərin batmaq təhlükəsi ilə üz-üzədir".

Aytəkin TOFİQQIZI

Chosen
18
1
redaktor.az

2Sources