Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib, saxlanılanlar var.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
15.29
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib.
APA-nın əldə etdiyi məlumata görə, qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.
Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.