EN

3 rayonda korrupsiya əməliyyatı - Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib...

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.

Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar.

Hazırda saxlanılan şəxslərin adları dəqiqləşdirilir.

Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində də əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info

Chosen
43
6
poliqon.info

10Sources