ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Drujba” boru kəməri ilə neft tədarükü bərpa olunan Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu bloklamaqdan imtina edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin xarici və Avropa işləri naziri Yuray Blanar məlumat verib.
“Əgər “Drujba” vasitəsilə Slovakiyaya neft fasiləsiz və müqavilədə nəzərdə tutulmuş həcmdə daxil olmağa davam edərsə, Brüsseldə Aİ yanında daimi nümayəndəmizə 20-ci sanksiyalar paketinin yazılı prosedurla qəbuluna mane olmamaq barədə göstəriş vermişəm”, - deyə nazir “Facebook” səhifəsində yazıb.
Bundan əvvəl Aİ Şurasına sədrlik edən Kipr tərəfi təsdiqləyib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketi və Kiyevin maliyyələşdirilməsi üçün 90 milyard avro ayrılması üzv ölkələrin səfirləri tərəfindən təsdiqlənib. Yaxın vaxtlarda qərarın yazılı prosedur vasitəsilə xarici işlər nazirləri səviyyəsində rəsmiləşdirilməsi gözlənilir.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.