EN

Hüquqşünas: “Donor olmaq istəyən şəxslərin məlumatları müvafiq dövlət informasiya sistemində qorunur”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Hazırda 1300-dən çox şəxs orqan transplantasiyası üçün gözləmə siyahısındadır. Bizimyol.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat veriib. Ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edən şəxslərin sayı isə 1400-ü keçib.Bəs orqan bağışlamaq istəyən şəxslərin məlumatları necə qorunur? Orqan ticarətinə qarşı nəzarət edən müstəqil orqan varmı?

Hüquqşünas Elnur Məmmədov Bizimyol.info xəbər portalına bildirib ki, qanuna əsasən, donor və resipiyentlərin şəxsi məlumatları məxfi hesab olunur: “Azərbaycan Respublikasında orqan və toxumaların donorluğu və transplantasiyası sahəsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunla tənzimlənir. Qanuna əsasən, donor və resipiyentlərin şəxsi məlumatları məxfi hesab olunur və onların açıqlanması yalnız qanunla nəzərdə tutulmuş hallarda mümkündür. Məlumatların qorunması həmçinin "Fərdi məlumatlar haqqında" Qanunun tələbələrinə uyğun şəkildə təmin edilir. Donor olmaq istəyən şəxslərin məlumatları müvafiq dövlət informasiya sistemində qorunur və bu məlumatlara çıxış ciddi şəkildə məhdudlaşdırılır. Tibbi heyət və digər səlahiyyətli şəxslər yalnız peşə fəaliyyəti çərçivəsində və etik normalara uyğun olaraq bu məlumatlardan istifadə edə bilərlər”.

Elnur Məmmədov həmçinin vurğulayıb: “Orqan ticarətinin qarşısının alınması məqsədilə qanunvericilikdə açıq qadağalar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsi bununla bağlı cinayət məsuliyyəti yaradır və ağırlıq dərəcəsindən asılı olaraq cərimə cəzasından yeddi ilədək müddətə azadlıqdan məhrumetməyə qədər cəza tədbirləri nəzərdə tutulub. Orqan ticarətinə qarşı müstəqil tənzimləyici qurum mövcud deyildir. Lakin ümumilikdə bununla bağlı ciddi dövlət nəzarəti mövcuddur və qeyd etdiyim kimi, cinayət qanunvericiliyi də bu halların baş verməsinin qarşısını almağa yönəlib”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
bizimyol.info

1Sources