EN

Maqnit qasırğasından əziyyət çəkənlər nə etməli?

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Maqnit qasırğaları (geomanyetik fırtınalar) Günəş aktivliyinin artması nəticəsində yaranır və bəzi insanlarda xüsusilə baş ağrısı, halsızlıq, yuxusuzluq və əsəbilik kimi əlamətlərə səbəb ola bilər.

Axşam.az xəbər verir ki, bu vəziyyət daha çox meteohəssas şəxslərdə müşahidə olunur.

Maqnit sahəsindəki dəyişikliklər sinir sistemi və damar tonusuna təsir edərir:

beyin damarlarında spazm yarada bilər

qan dövranını dəyişə bilər

arterial təzyiqi oynada bilər

Nəticədə migrenə bənzər ağrılar ortaya çıxır.

Nə etməli?

1. Rejimi qoruyun - Eyni saatda yatıb oyanmağa çalışın. Gecə yuxusu minimum 7–8 saat olsun.

2. Bol maye qəbul edin  - Susuzluq baş ağrısını gücləndirir. Gün ərzində kifayət qədər su için

3. Qaranlıq və sakit mühit seçin - Parlaq işıq və səs ağrını artıra bilər. Qaranlıq otaqda istirahət etmək effektlidir.

4. Yüngül qidalanın - Yağlı və ağır yeməklərdən uzaq durun. Meyvə, tərəvəz və maqneziumla zəngin qidalar üstünlük təşkil etsin.

5. Kofein və alkoqolu məhdudlaşdırın - Bu maddələr damarları daraldaraq ağrını artıra bilər.

6. Yüngül fiziki aktivlik - Açıq havada sakit gəzinti qan dövranını yaxşılaşdırır. Amma ağır idmandan çəkinin

7. Dərman istifadəsi - Ağrı güclüdürsə, həkim məsləhəti ilə ağrıkəsici qəbul edilə bilər. Xüsusilə migreni olanlar əvvəlcədən profilaktik tədbirlər görməlidir.

Migren xəstələri, hipertoniya problemi olanlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yaşlı insanlar bu vəziyyətdə daha çox əziyyət çəkirlər.  Baş ağrısı çox şiddətlidirsə, ürəkbulanma, qusma, görmə pozuntusu varsa, təzyiq kəskin yüksəlirsə mütləq həkimə gedilməlidir. 

Maqnit qasırğalarının təsiri hər kəsdə eyni olmur. Amma bu dövrlərdə bədəni yormamaq, düzgün qidalanmaq və istirahət etmək simptomları xeyli azalda bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
90
axsam.az

1Sources