EN

ABŞ Senatı Trampın İranla bağlı səlahiyyətlərini yenə məhdudlaşdıra bilmədi

İrana qarşı müharibədə ABŞ-nin iştirakının dayandırılmasını nəzərdə tutan qətnamə Senatda kifayət qədər dəstək qazanmayıb…

ABŞ Senatı Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini növbəti dəfə məhdudlaşdıra bilməyib.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İranla müharibədə iştirakının dayandırılmasını tələb edən qətnamə Senatda 46 lehinə, 51 əleyhinə səslə rədd edilib. Sənəddə Konqres əlavə hərbi addımlara rəsmi icazə verənədək ABŞ qoşunlarının münaqişədən çıxarılması tələb olunurdu.

Senatdakı demokratların lideri Çak Şumer bildirib ki, Tramp ABŞ-ni bu müharibədən çıxarmaq üçün nə qədər çox gözləsə, vəziyyət bir o qədər ağırlaşacaq və ondan çıxış yolu tapmaq daha da çətinləşəcək.

Respublikaçıların əksəriyyəti isə prezidentin mövqeyini dəstəkləyib. Senat çoxluğunun lideri Con Tun bəyan edib ki, prezidentin İranın dünyanı nüvə silahı ilə təhdid etməsinin qarşısını almağa çalışması düzgün addımdır.

Beləliklə, Senatda Tramp administrasiyasının İran siyasətinə qarşı yönəlmiş təşəbbüs növbəti dəfə nəticəsiz qalıb. Bu səsvermə həm də ABŞ qanunverici orqanında İran məsələsi ətrafında dərin siyasi fikir ayrılığının davam etdiyini göstərib.

Poliqon.info

Chosen
67
poliqon.info

1Sources