EN

Müsəlmanlara olmaz deyirdilər, rəhbərin oğlu zavodunu açdı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çeçenistanda Adam Kadırovun adı ilə bağlı olan yeni "K-13" energetik içkilərinin satışına başlanılıb. Bir zamanlar bu növ içkiləri "müsəlman cəmiyyəti üçün qəbulolunmaz" adlandıran respublika rəhbərliyi indi bu məhsulun ən böyük təbliğatçısına çevrilib.Demokrat.az xəbər verir ki, Çeçenistan rəhbərinin köməkçisi və regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov özünün "K-13" brendini təqdim edib. Qroznıdakı yeni hipermarketin açılışında iştirak edən Ramzan Kadırov və baş nazir Maqomed Daudov içkinin dadına baxaraq onu "ən yaxşısı" adlandırıblar.Brendin adı olan "K-13" ifadəsinin Kadırov soyadının baş hərfi və rəmzi məna daşıyan rəqəmlə bağlı olduğu bildirilir. Maraqlıdır ki, hələ 2012-ci ildə Çeçenistan rəhbərliyi energetik içkiləri "sərxoşedici zəhər" adlandıraraq onların satışına qarşı sərt mübarizə elan etmişdi. Hətta yerli parlament energetiklərin pərakəndə satışına görə cərimələr də tətbiq etmişdi.Yeni məhsulun reklam çarxlarında isə "Dustum" və "K-13" yazılı geyimlərdə olan gənclər və lüks avtomobillər yer alır. Rusiyada 2025-ci il martın 1-dən energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı qadağan edilsə də, regional səviyyədə bu brendin sürətlə populyarlaşacağı gözlənilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
demokrat.az

1Sources