Bakı. Trend:
11 illik orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixindəkeçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 9 nəfər 300bal toplamaqla ən yüksək nəticəni göstərib.
Trend Dövlətİmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakınəzərdə tutulan 58144 nəfərdən 379 nəfər imtahana gəlməyib. İmtahanqaydalarını pozduğu üçün 10 nəfər imtahandan xaric olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-dəApellyasiya Komissiyası fəaliyyət göstərəcək. ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 27 aprel saat 10:00-dan 29aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektronərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddətərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasınamüraciət edə bilməyəcəklər.