EN

Professor: Tarix dərslikləri suala sadə və aydın şəkildə cavab verməlidir

Bakı, 23 aprel, AZƏRTAC

Ümumtəhsil məktəblərində tarix dərsliklərinin məzmununun anlaşıqlı dildə təqdim edilməsi vacib məsələdir. Bu, hər zaman diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bəzən orta məktəblərdə tarixə sadəcə bir fənn kimi yanaşılır. Düşünürəm ki, tarix özünəməxsus xüsusiyyətə malikdir və milli sərvətimizdir. Tarix ölkəmizdə yaşamış, dəyişmiş və bir-birini əvəz etmiş nəsillərin möhtəşəm salnaməsidir. Mən də bəzi tarix dərsliklərinin müəllifiyəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib. Professor bildirib ki, dərslik suala sadə və aydın şəkildə cavab verməlidir: “Şagird dərsliyi oxuyub bitirdikdən sonra onun Azərbaycan tarixi haqqında düşüncəsi nədən ibarət olacaq? Bu, onun həyatına necə təsir edəcək? Gələcəyinə necə təsir edəcək? Təəssüf ki, bu suallara cavab tapmaqda çətinlik çəkirik. Hesab edirəm ki, bu məsələlər üzərində mütləq düşünməliyik”.

Chosen
39
2
azertag.az

3Sources