EN

İkinci dəfə eyni universitetə rektor təyin edilən İbrahimov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Ölkə.Az yeni rektorun dosyesini təqdim edir:

N.İbrahimov 1953-cü il Qəbələ rayonunun Mıxılqovaq kəndində anadan olub. 
Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb.

1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib.

1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.

1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

O, 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. 

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. 

Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 doktorantın elmi rəhbəridir.

Ailəlidir, 3 övladı var.

Billurə

Chosen
69
9
olke.az

10Sources