EN

Bu küçədə düzgün sürdüyünə and içiləcək sürücü yoxdur Özbaşınalıq hökm sürür VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər avtomobildə quraşdırılmış kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 17-də paytaxtın Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, həmin ərazidə sürücülər kütləvi şəkildə qayda pozuntularına yol veriblər. Belə ki, “Azparking” zonasında bir neçə sürücü nişanlanma xətlərinin tələblərinə əməl etməyib. Bundan əlavə, bəzi avtomobillər ikinci cərgədə, yolayırıcına 5 metrdən daha yaxın məsafədə dayanaraq qaydaları pozublar.

Hətta avtobus dayanacağında yük avtomobilinin dayanması səbəbindən avtobus sürücüsü sərnişinləri mindirib-düşürmək üçün məcburən ikinci cərgədə dayanmalı olub.

Videoda həmçinin manevr edən “Mercedes” markalı avtomobilin sürücüsünün “VAZ” markalı nəqliyyat vasitəsinə yol vermədiyi və bununla da digər sürücüyə maneə yaratdığı açıq şəkildə görünür.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
avtosfer.az

1Sources