EN

Dövlətə məxusus 1 yarımçıq tikili, 2 kiçik müəssisə və 37 nəqliyyat vasitəsi satılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərracda 1 yarımçıq tikili, 2 kiçik dövlət müəssisəsi və 37 nəqliyyat vasitəsi satılıb.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, rəqabətli keçən hərracda start qiyməti 166 min manat olan, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən kafe 250 min manata özəlləşdirilib.

Daha bir kiçik dövlət müəssisəsi - Şəki rayonu, Qızılarx kəndində yerləşən əmlak kompleksi isə 180 min manata sahibini tapıb. Həmçinin Sumqayıt şəhərində yerləşən tikintisi yarımçıq qalmış yaşayış kompleksinin 14 milyon 870 min manata satışı reallaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
3
azertag.az

4Sources