EN

Kərim Şükürov: Qarabağ həqiqətlərinin çatdırılması prioritet istiqamətlərdən biridir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində AMEA Tarix və Etnologiya İnstitutu olaraq beynəlxalq əlaqələrimiz var və bu sahədə sistemli şəkildə iş aparırıq. Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə yayılmasında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Səfir bu istiqamətdə mühüm işlər görür və institutla sıx əməkdaşlıq edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib. O bildirib ki, yaxın zamanda Tarix və Etnologiya İnstitutu və Polşanın Yagellon Universiteti ilə əlaqələrin qurulması nəzərdə tutulur: “Bununla yanaşı, Avropanın digər ölkələri, eləcə də ABŞ ilə əməkdaşlıq əlaqələri mövcuddur. Türk dövlətlərinin Milli Elmlər Akademiyalarının tarix institutları ilə də əlaqələr inkişaf etdirilir. Qafqaz Albaniyası tarixinə həsr olunan beynəlxalq konfranslar keçirilir. Həmin konfranslarda Qarabağ həqiqətlərinin çatdırılması prioritet istiqamətlərdən biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
3
azertag.az

4Sources