EN

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir (FOTO)

Bakı. Trend:

ABB 27 aprel 2026-cı il tarixində istiqrazemissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapitalbazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqrazçıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlarüzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklifediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrəcədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcədəqiq tarixlər səhifədə göstəriləcək.

ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadivə əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapitalbazarlarında davamlı aktivliyi təmin etməkdir.

Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiyazamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinəistiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyonmanat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağınəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5dəfə üstələyib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

ABB
ABB
Chosen
22
8
az.trend.az

9Sources