"Çelsi" klubunun ulduz yarımmüdafiəçisi Entso Fernandes gələn mövsüm karyerasını başqa klubda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu ilə eyni vaxtda "Mançester Siti" və "Pari Sen-Jermen" klubları yaxından maraqlanır.
Mənbə olaraq göstərilən Qustavo Yarroxun məlumatına görə, oyunçunun müqaviləsində yer alan 121 milyon avroluq təzminat məbləği hər iki klub üçün problem yaratmır.
2023-cü ilin yanvarından bəri London təmsilçisində çıxış edən 23 yaşlı futbolçunun transfer dəyəri hələ də yüksək qiymətləndirilir.