Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Manset.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) sabah bürünc medal uğrunda qarşılaşmada qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.