EN

Azərbaycan filmi Astanada mükafata layiq görülüb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana, 23 aprel, AZƏRTAC

Astanada “Regional ekoloji sammiti-2026” çərçivəsində təşkil edilən “RES 2026 EXPO” Beynəlxalq yaşıl texnologiyalar və davamlı həllər sərgisi keçirilir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “RES 2026 EXPO” beynəlxalq sərgisinin rəsmi media tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, sərginin əsas səhnəsində “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimi baş tutub. Azərbaycandan olan rejissor Seyran Mahmudoğlu “Kür - çaylar anası” filmində ekoloji kinonun inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Rejissor Pavel Kimin, Özbəkistan və Azərbaycanın birgə istehsalı olan “Yer və ay” filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” kateqoriyasında qalib olub.

Bundan əlavə, sərgi iştirakçılarına və qonaqlara “Green Runway Fashion Show” moda nümayişi təqdim edilib. Podiumda Mərkəzi Asiya və Azərbaycandan olan, ənənə və müasir modanın kəsişməsində çalışan aparıcı dizaynerlərin kolleksiyaları nümayiş etdirilib.

İşgüzar proqram çərçivəsində ekspertlər Aral dənizinin xilas edilməsi məsələləri, o cümlədən hövzənin ətraf mühit, sosial-iqtisadi və su problemlərini müzakirə ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
4
azertag.az

5Sources