EN

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Bakı. Trend:

Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtıTiranada keçirilən Avropa çempionatında bürünc medal görüşünəçıxıb.

Trend-inməlumatına görə, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançıüçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb.Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafatasahib çıxıb.

Qeyd edək ki, ölkəmiz aprelin 26-dək davam edəcək Avropaçempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Romagüləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram),Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürüncmedal qazanıblar.

Chosen
38
10
az.trend.az

10Sources