EN

Qalibaf istefa verib və danışıqlar qrupundan çıxıb

SEPAH-ın müdaxiləsindən sonra Tehranda siyasi gərginliyin artdığını iddia olunur...

Məhəmməd Baqir Qalibaf İran parlamentinin sədri vəzifəsindən istefa verib, eyni zamanda rəsmi danışıqlar qrupunun tərkibindən çıxdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı N12 News telekanalı yayıb.

Məlumata görə, Qalibafın bu addımı İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən aparılan müdaxilələrdən sonra atılıb. İddialara əsasən, son dövrlər ölkədə strateji qərarların qəbulu prosesində hərbi qurumun təsiri daha da artıb və bu vəziyyət siyasi rəhbərlik daxilində narazılıq yaradıb.

Qalibaf uzun illər İran siyasətində mühüm fiqurlardan biri hesab olunurdu. O, həm təhlükəsizlik strukturlarında, həm də qanunverici hakimiyyətdə yüksək vəzifələr tutaraq Tehran rəhbərliyinin əsas simalarından biri kimi tanınıb. Onun istefası daxili siyasi balans baxımından diqqətçəkən hadisə sayılır.

Ekspertlərin fikrincə, bu qərar İran daxilində hakimiyyət mərkəzləri arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərə bilər. Xüsusilə danışıqlar prosesindən uzaqlaşma addımı ölkənin xarici siyasət kursuna da təsir edə biləcək hadisə kimi qiymətləndirilir.

Rəsmi Tehran tərəfindən məsələ ilə bağlı hələlik təsdiqedici açıqlama verilməyib. Buna görə də yayılan məlumatların yaxın günlərdə İran rəsmiləri tərəfindən şərh olunacağı gözlənilir.

Poliqon.info

Chosen
146
38
poliqon.info

10Sources