EN

Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır

ain.az bildirir, Baku.ws portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma təcrübəsini qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin sözçüsü Nazeli Baqdasaryan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılması ilə bağlı danışarkən bildirib.

"Baş nazir Paşinyan bu təcrübəni qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranışdır", - Baqdasaryan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
10
baku.ws

10Sources