EN

İranla müqavilə yalnız ABŞ-yə sərf edəndə bağlanacaq - Tramp

İranla sülh sazişi yalnız ABŞ və onun müttəfiqləri üçün uyğun və sərfəli olduğu halda bağlanacaq.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"İranın Hərbi Dəniz Donanması dənizin dibində yatır, onların Hərbi Hava Qüvvələri, zenit-raket kompleksi məhv edilib, liderləri isə artıq aramızda deyil. Mühasirə keçilməz və möhkəmdir, bundan sonra isə yalnız daha pis olacaq. Vaxt onların xeyrinə işləmir! Müqavilə yalnız bu, ABŞ, müttəfiqlərimiz və əslində, qalan bütün Dünya üçün uyğun və sərfəli olduqda bağlanacaq", - Tramp bildirib.

Chosen
33
6
aznews.az

7Sources