EN

İrəvanın ortasında Türkiyəyə təxribat Paşinyan qınadı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu hərəkəti qınayıb.

Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan da məsələ ilə bağlı media nümayəndələrinə açıqlama verib.

Onun sözlərinə görə, Paşinyan bu cür davranışı məsuliyyətsiz və yolverilməz hesab edib:

“Beynəlxalq səviyyədə tanınmış, həmçinin qonşu dövlətin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat və gərginliyi artıran davranışdır”, - deyə Bağdasaryan bildirib.

Qeyd edək ki, aksiya Ermənistan İnqilabi Federasiyası (Daşnaksütyun) tərəfindən təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
2
qafqazinfo.az

3Sources