Vaşinqton, 24 aprel, AZƏRTAC
Nüvə silahının heç kim tərəfindən istifadəsinə heç vaxt icazə verilməməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, əks halda bu, hədəf ola biləcək Avropa şəhərlərində, o cümlədən London və Parisdə nüvə fəlakətinə səbəb ola bilər.
“Bütün bunların müqabilində nə əldə edirlər? Şəhərlərimizdən birini və ya bütün Yaxın Şərqi məhv etməyə qadir nüvə silahına sahib olmayan İran”, – deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton