EN

ABŞ İran gəmisini ələ keçirməyə cəhd etdi

ABŞ Hərbi Dəniz Qüvvələri İran gəmisini ələ keçirməyə cəhd edib. Metbuat.az xəbər verir ki, ABŞ ordusunun cəhdinə baxmayaraq, İran yük gəmisi Oman körfəzi vasitəsilə İrana çatıb. Bildrilir ki, İran gəmisi İnqilab Keşikçiləri Donanması tərəfindən müşayiət olunub. Məlumata görə, düyü daşıyan İran yük gəmisi Oman körfəzindən təhlükəsiz şəkildə keçib.

Qeyd olunur ki, hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb. Ümumilikdə, bu insident ABŞ və İran arasında dənizdə qarşıdurma riskinin davam etdiyini ortaya qoyub.

Chosen
33
23
metbuat.az

10Sources