İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb.
Publika.az xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.
"Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib", - o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.
M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.