EN

Öyrəşdiyiniz menyunu dəyişin Dietoloqdan səhər yeməyi xəbərdarlığı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Səhər yeməyində öyrəşdiyiniz menyunu dəyişmək təkcə iştahanızı deyil, həm də həzm sisteminizin taleyini müəyyən edə bilər. Bir çoxumuz səhəri yumurta və ya pendirlə açsaq da, mütəxəssislər süfrəyə daha çox bitki mənşəli qidalar əlavə etməyin tərəfdarıdır.Demokrat.az xəbər verir ki, dietoloq Lori Rayt bitki mənşəli səhər yeməyinin faydalarından danışıb. O bildirib ki, insanların əksəriyyəti gün ərzində orqanizm üçün vacib olan 30 qram lifi (kletçatka) qəbul etmir.Aparılan araşdırmalar göstərir ki, əgər bu miqdarın yarısını məhz səhər yeməyində qəbul etsəniz, sağlamlığınızda ciddi müsbət dəyişikliklər baş verər. Raytın sözlərinə görə, rasionda lifin miqdarını artırmaq bağırsaq sağlamlığına birbaşa təsir edir.Lakin digər pəhriz mütəxəssisi Samanta Kuqan bu keçidlə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, bitki mənşəli qidalanmaya qəfil keçid gözlənilməz fəsadlara yol aça bilər. Lifli qidalara öyrəşməyən insanlarda həzm sisteminin işi pozula bilər.Dietoloqun qeyd etdiyinə görə, belə kəskin dəyişiklik qarın nahiyəsində ağrılara, köpə, ishal və ya qəbizliyə səbəb ola bilər. Bu səbəbdən menyuda yeniliklər edərkən orqanizmin reaksiyasını nəzərə almaq mütləqdir.Yəni, səhər yeməyində bitki mənşəli və lifli qidalara üstünlük vermək bağırsaqlar üçün faydalıdır, lakin bu dəyişikliyi orqanizmi yormadan, tədricən etmək məsləhətdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources