EN

ABŞ yeni bir plan hazırlayır - CNN

ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək üçün planlar hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən yazır. 

Məlumata görə, potensial hədəflər arasında İranın mina yerləşdirən gəmiləri və sürətli hücum gəmiləri ola bilər. Hörmüz boğazına, Oman dənizinə və cənubi Fars körfəzinə zərbələrin endirilməsi ehtimalı nəzərdən keçirilir. Əvvəllər zərbələr əsasən boğazdan uzaqda yerləşən hədəflərə endirilirdisə, yeni strategiya hücumların strateji əhəmiyyətli dəniz yollarına yönəldilməsini nəzərdə tutur.

Mənbələr həmçinin Tehrana təzyiq göstərmək və onu danışıqlara sövq etmək üçün ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna zərbələr endirilməsini də istisna etmirlər.

Gülayə Mecid 

Chosen
49
49
unikal.az

10Sources