EN

Günəşdə güclü partlayış olub

Bakı. Trend:

Bu gün səhər saatlarında Günəşdə X2.5 bal gücündə partlayış başverib.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Rusiya ElmlərAkademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş AstronomiyasıLaboratoriyası məlumat yayıb.

“Günəşdə Moskva vaxtı ilə 04:07-də (Bakı vaxtı ilə 05:07) X2.5bal gücündə alışma baş verib. Bu demək olar son 2,5 ay ərzindəqeydə alınmış ən güclü alışma olub”,- məlumatda qeyd edilir.

Qeyd olunur ki, baş verən alışma kosmik teleskoplardan əldəolunan şəkillərdə aydın görünən güclü plazma atımı ilə müşayiətolunub. Eyni zamanda, partlayışın mərkəzi Günəşin kənarına doğruxeyli sürüşüb (Yer istiqamətinə bucaq 60 dərəcəni ötür) vəplazmanın yan istiqamətdə hərəkət etdiyi açıq görünür. Buna görə dəhadisənin Yer üçün neytral qalacağı ehtimalı yüksəkdir.

Laboratoriyada bildirilib ki, daha dəqiq nəticə gün ərzindəaparılacaq riyazi modelləşdirmə əsasında verilə bilər. Hər birhalda, belə vəziyyətdə birbaşa zərbə ehtimalı istisna olunur vəyalnız plazma buludunun kənarı ilə planetə toxunma mümkündür.

Məqalədə:
Chosen
86
20
az.trend.az

10Sources