EN

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanınAugusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,09 ABŞdolları və ya 0,96% ucuzlaşaraq 112,02 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1,04%ucuzlaşaraq 108,94 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki
göstərici ilə müqayisədə 0,1 dollar və ya 0,12% azalaraq 86,29dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,37 dollar vəya 1,22% azalaraq 110,94 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin ortaqiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Chosen
54
19
az.trend.az

10Sources