EN

"Bitcoin" ucuzlaşıb

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən azalma müşahidə olunub.

 

Herbiand.az xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,1% azalaraq 77 729 dollar səviyyəsində qərarlaşıb.

 

İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 1,5% ucuzlaşaraq 2 308 dollar olub.

 

Digər əsas kriptovalyutalar arasında BNB 0,51% azalaraq 632 dollar, XRP 0,88% artaraq 1,42 dollar olub. Bundan başqa, Solana 0,58% azalaraq 85 dollar, Dogecoin isə 1,41% bahalaşaraq 0,097 dollar səviyyəsində qərarlaşıb.

 

Stabil kriptovalyutalar arasında Tether 0,04% artaraq 1 dollar, USD Coin isə 0,02% artaraq 0,9999 dollar təşkil edib.

 

Qeyd edək ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,31% azalaraq 2,59 trilyon ABŞ dollarına çatıb.

Chosen
62
4
herbiand.az

10Sources