EN

8 vəzifəli şəxs həbs edildi

8

Azərbaycan Respublikasının Baş Prokurorluğu və aidiyyəti qurumların birgə keçirdiyi əməliyyat nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi vəzifəli şəxslərinin qanunsuz fəaliyyəti ifşa olunub.Ulusum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu rəsmi məlumat yayıb. Bildirilir ki, aparılan istintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərin hərbi xidmətdən möhlət verilməsi, çağırışdan yayındırma və digər qanunsuz xidmətlər müqabilində rüşvət aldıqları müəyyən edilib.Faktlarla bağlı bir neçə rayon üzrə cinayət işləri başlanıb, genişmiqyaslı araşdırmalar aparılıb. Toplanmış sübutlar əsasında 8 vəzifəli şəxsə ağır ittihamlar irəli sürülüb.Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib, eyni zamanda vəzifədən kənarlaşdırılıblar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və digər təqsirli şəxslərin də məsuliyyətə cəlb olunacağı istisna edilmir.

Raxshanda

Müəllif

Raxshanda

Diqqət Çəkənlər

Bakıda torpaq uçqunu oldu - ölən var

Kofein beyni yeniləyir

Gənc oğlan yanğında ÖLDÜ

Chosen
39
ulusum.az

1Sources