EN

Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir (FOTO)

Bakı. Trend:

Ziraat Bank Azərbaycan ölkədə bərpa olunan enerji sahəsindəhəyata keçirilən ən iri layihələrdən birini maliyyələşdirir. BankCOP29 çərçivəsində bank sektorunun iqlim maliyyəsi istiqamətindəbərpa olunan enerji və oxşar dayanıqlı layihələr üzrə üzərinəgötürdüyü öhdəlikləri çərçivəsində fəaliyyətini davam etdirir.

Bankın korporativ müştərisi olan “Clean Energy Cəbrayıl” MMCtərəfindən Cəbrayıl rayonunda günəş enerjisi stansiyasınınqurulması nəzərdə tutulur. Layihə çərçivəsində Ziraat BankAzərbaycan tərəfindən 30 milyon manat məbləğində kredit ayrılıb. Bulayihə xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjipotensialının reallaşdırılması baxımından mühüm əhəmiyyətdaşıyır.

“Clean Energy Cəbrayıl” MMC “AGEC” MMC-nin törəmə müəssisəsidir.“AGEC” MMC və törəmə müəssisələri ölkənin dayanıqlılıqstrategiyasına uyğun olaraq yaşıl enerji istehsalı sahəsindəinvestisiyaların həyata keçirilməsi istiqamətində fəaliyyətgöstərirlər.

Ziraat Bank Azərbaycan tərəfindən ayrılacaq kredit real sektoruninkişafına, xüsusilə dayanıqlı və ekoloji təmiz enerji layihələringenişlənməsinə verdiyi önəmin növbəti göstəricisidir.

Bank bərpa olunan enerji və dayanıqlı inkişaf istiqamətindəlayihələrin maliyyələşdirilməsini strateji prioritetlərindən birikimi müəyyən edib. Ziraat Bank Azərbaycan bu sahədə həyatakeçirilən təşəbbüsləri dəstəkləməklə ekoloji tarazlığınqorunmasına, enerji mənbələrinin şaxələndirilməsinə və ölkəninuzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Ziraat
Ziraat
Chosen
42
7
az.trend.az

9Sources