EN

Azərbaycan filmi Astanada mükafata layiq görüldü

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Astanada “Regional ekoloji sammiti-2026” çərçivəsində təşkil edilən “RES 2026 EXPO” Beynəlxalq yaşıl texnologiyalar və davamlı həllər sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, rejissor Seyran Mahmudoğlu “Kür - çaylar anası” filmində ekoloji kinonun inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Rejissor Pavel Kimin, Özbəkistan və Azərbaycanın birgə istehsalı olan “Yer və ay” filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” kateqoriyasında qalib olub.

Sərgi iştirakçılarına və qonaqlara “Green Runway Fashion Show” moda nümayişi təqdim edilib. Podiumda Mərkəzi Asiya və Azərbaycandan olan, ənənə və müasir modanın kəsişməsində çalışan aparıcı dizaynerlərin kolleksiyaları nümayiş etdirilib.

İşgüzar proqram çərçivəsində ekspertlər Aral dənizinin xilas edilməsi məsələləri, o cümlədən hövzənin ətraf mühit, sosial-iqtisadi və su problemlərini müzakirə ediblər.

Teleqram - Konstantin Paustovskinin hekayəsi

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

Bu gün tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günüdür

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
4
kulis.az

5Sources