EN

Burlaxatunun əkizi də yüksək bal toplayıb - FOTO

Martın 15-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, 300 bal toplayan Burlaxatun Məcidlinin əkiz bacısı da yüksək nəticə göstərib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Belə ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi olan Banu Məcidli 266.7 bal toplayıb.

Qeyd edək ki, sözügedən  imtahanda 9 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib.

"Cebheinfo.az"

Chosen
30
2
cebheinfo.az

3Sources