EN

Neft yenə bahalaşdı

Yaxın Şərqdə artan hərbi gərginlik və Hörmüz boğazı ilə bağlı təhlükəsizlik riskləri qlobal enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarına olan məlumata görə, “Brent” nefti 0.92% bahalaşaraq 106.04 dollara yüksəlib.

Analitiklərə görə, ABŞ və İran arasında danışıqlarda irəliləyiş olmaması halında qiymətlərdə yeni artım dalğası mümkündür.

Bəzi hesablamalara görə, Körfəz regionunda gündəlik təxminən 14.5 milyon barel neft istehsalının bir hissəsi müvəqqəti olaraq bazara çıxmayıb. Bu isə ümumi istehsalın təxminən 57%-nə bərabərdir.

Eyni zamanda, logistika məhdudiyyətləri və tanker çatışmazlığı səbəbindən bölgədə boş tanker tutumu təxminən 50% azalıb, bu da tədarük zəncirinə əlavə təzyiq yaradır.

Analitiklər Körfəz ölkələrinin Hörmüz boğazının tam açılması halında istehsalın ilk 3 ayda itkilərin təxminən 70%-ni, 6 ay ərzində isə 88%-ni bərpa edə biləcəyini proqnozlaşdırır.

Chosen
23
vaxt.az

1Sources